Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıb

Qafar Ağayev13:19 - 20 / 09 / 2024
Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında Ağdam rayonunun yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.

1news.az xatırladır ki, kəndin təməlini sentyabrın 19-da Prezident İlham Əliyev qoyub.

Kəndin Baş Plan layihəsini yerli mütəxəssislər hazırlayıb.

Sənədə əsasən, 300 hektara yaxın sahədə salınacaq Eyvazxanbəyli ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Kənddə 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, birinci mərhələdə tikiləcək evlər üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə salınacaq yaşayış məhəllələrinə 1563 nəfərin köçürülməsi məqsədilə iki, üç, dörd və beşotaqlı 427 fərdi evin inşası planlaşdırılır.

Kənddə həmçinin məktəb binası, uşaq bağçası, inzibati bina, Bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə digər zəruri tədbirlər də görüləcək.

Paylaş:
101

Son xəbərlər

STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyəti ilə bağlı monitorinq apartdı - NƏTİCƏLƏRBu gün, 13:12Dövlət başçısı: Şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılırBu gün, 13:12Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcəkBu gün, 13:09“İşğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”Bu gün, 13:05Prezident: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idiBu gün, 13:01İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİBBu gün, 13:00Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbBu gün, 12:54Sabah hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 12:34Hikmət Hacıyev: Gəncəyə atılan “Skad” İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idiBu gün, 12:17Cəbrayıl şəhərinə köçürülən sakinlərdən artıq 30-dək şəxsin məşğulluğu təmin olunubBu gün, 12:03Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:56Bakıda hoteldə sanitariya tələblərinin pozulduğu aşkarlanıb - FOTOBu gün, 11:48Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilirBu gün, 11:31Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşübBu gün, 11:13“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilibBu gün, 11:05Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 10:50Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!Bu gün, 10:30Qərbi Azərbaycan İcmasından ABŞ-nin Azərbaycana qarşı mövqeyinə CAVABBu gün, 10:26Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”Bu gün, 10:24
Bütün xəbərlər