Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Qafar Ağayev15:51 - 27 / 09 / 2024
Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb.

O bildirib ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.

***

14:41

TƏBİB Bakıdakı yanğınla bağlı açıqlama verib.

Qurumdan 1news.az-a verilən məlumata görə, bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

"Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib", - məlumatda deyilir.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər