Fariz İsmayılzadə: “Ermənistan yenidən silahlandırılır və Cənubi Qafqazda əmin-amanlıq vizionu aradan çıxır” | 1news.az | Xəbərlər
Siyasət

Fariz İsmayılzadə: “Ermənistan yenidən silahlandırılır və Cənubi Qafqazda əmin-amanlıq vizionu aradan çıxır”

Qafar Ağayev12:44 - 01 / 10 / 2024
Fariz İsmayılzadə: “Ermənistan yenidən silahlandırılır və Cənubi Qafqazda əmin-amanlıq vizionu aradan çıxır”

“ Cənab Prezidentin parlamentdə çıxışı çox maraqlı oldu və çıxış əsasən təhlükəsizlik mövzusunda oldu”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

“ Azərbaycan qələbədən sonra elə bir duruma düşüb ki, bizim həm imkanlarımız artıb, eyni zamanda, bizim risklərimiz, təhdidlərimiz artıb. Təsadüfi deyil ki, dünənki parlamentin iclasında yeni komissiya - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradıldı. Çox maraqlı, yerinə düşən təşəbbüsdür. Çünki biz ənənəvi olaraq hər zaman hərbi müdaxilələri, hərbi təhlükələri düşünürük. Amma artıq müasir dövrdə müharibələr də çox fərqli formatda aparılır. Biz görürük ki, yeni texnoloji üsulları istifadə edərək həm kibertəhlükəsizlik mövzusu aktuallaşıb, həm kiber hücumlar çoxalır, həm hibrid hücumlar çoxalır.

"Amma cənab Prezidentin çıxışında da bu xətt hiss olunurdu. Hiss olunurdu ki, Azərbaycana qarşı risklər artır” - deyə deputat əlavə edib:

“Ermənistanın silahlanması, Fransa, Hindistan tərəfindən digər Avropa ölkələri tərəfindən verilən silah dəstəyi, eyni zamanda Kanadanın adı çəkildi. Halbuki Kanada Avropa İttifaqının üzvü deyil, amma faktiki Kanada da bu proseslərə qatılıb. Yəni bütün bu məsələlər Azərbaycan üçün riskləri artırır.

Ermənistanı yenidən silahlandırır və bizim ümid etdiyimiz Cənubi Qafqazda əminamanlıq vizionu yavaş yavaş demək olar ki, aradan çıxır.

Onun əvəzinə yeni rəqabət, yeni silahlanma ortaya çıxır. Bu silah alveri yeni konfliktlər, yeni münaqişələr və gələcəkdə yeni risklərlə nəticələnəcək”.

“Bu şəraitdə Azərbaycanın xarici siyasəti necə olmalıdır?” - Fariz İsmayılzadə əlavə edib:

“Təsadüfi deyil ki, Azərbaycan BRİKS təşkilatına maraq göstərir. Eyni zamanda, Azərbaycan Orta Asiya ölkələri ilə strateji əməkdaşlıq qurur, biz hətta Çin ilə strateji əməkdaşlıq imzalamışıq. Yəni bütün bunlar bir növ Cənubi Qafqazda yeni geopolitik oyunun bazasını qoyur və təəssüf ki, bizim istədiyimiz 3+3 modeli hələ ki işləmir. Əksinə, Qərb və Şərq konfrantasiyası Cənubi Qafqazda özünü göstərir”.

Deputat bildirib ki, Prezidentin çıxışında bir dənə də çox maraqlı mövzu oldu.

O da bizim hərbi potensialımızın artırılması, o cümlədən daxili istehsal və daxili istehsala özəl sektorun cəlb olunması. Hesab edirəm ki, bu çox maraqlı bir məsələdir. Özəl sektor silah istehsalında daha aktiv rol oynaya bilər və eyni zamanda bizim iqtisadiyyatımıza böyük dəstək verə bilər. Nəzərə alsaq ki, ixrac potensialı arta bilər. Cənab Prezidentin çıxışında Qarabağın yenidən qurulması, sərhədlərimizin qorunması, orada aparılan quruculuq işləri çox böyük bir mövzu kimi əhatə olundu və bu prizmada. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın təhlükəsizliyinin qorunması, güclənməsi üçün iqtisadi potensial mütləq olmalıdır, güclənməlidir”.

Paylaş:
320

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər