Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb

Qafar Ağayev14:33 - 02 / 10 / 2024
Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb

Bakıda əlilliyi olan şəxslərin də çalışacağı ilk inklüziv kafe – “Kaşalata” kafe fəaliyyətə başlayıb.

1news.az xəbər verir ki, kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Qonaqlar kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan şəxsləri yeni işləri münasibətilə təbrik ediblər.

Nazir S.Babayev həssas qrupların cəmiyyətdə bərabər imkanlara sahib olmasının və onlar üçün inklüziv imkanların yaradılmasının ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.

“Kaşalata” kafenin də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağından əminliyi ifadə edib.

Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafe əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.

Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.

Kafenin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan” tərəfindən dəstək göstərilib.

Paylaş:
115

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər