İtkin düşmüş şəxslərin ailələrindən 11 min 200-dən çox bioloji nümunə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşmüş şəxslərin ailələrindən 11 min 200-dən çox bioloji nümunə götürülüb

Qafar Ağayev17:20 - 02 / 10 / 2024
İtkin düşmüş şəxslərin ailələrindən 11 min 200-dən çox bioloji nümunə götürülüb

Azərbaycanın 63 bölgəsində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin ailələrindən 11 200-dən çox bioloji nümunələr götürülüb.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri Rüfət Əliyev oktyabrın 2-də Bakıda itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın “İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər” mövzusunda keçirilən sessiyasında deyib.

O bildirib ki, həmin materiallar əsasında DNT məlumat bazası formalaşdırılıb:

“Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqət mərkəzində saxlanıb. Bütün çətinliklərə baxmayaraq, itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsində ciddi irəliləyiş əldə edilib. İtkin düşmüş şəxslərin müəyyənləşdirilməsi sahəsində Dövlət Komissiyası, BQXK və aidiyyəti qurumlar arasında davam etdirilən əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirilib".

Paylaş:
98

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər