Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO

Qafar Ağayev17:25 - 02 / 10 / 2024
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.

1news.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib. Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub.

Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.

Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

Paylaş:
280

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər