NİİM: Hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM: Hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Qafar Ağayev12:44 - 02 / 10 / 2024
NİİM: Hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir."

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər