Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur
Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur.
1news.az-ın “Report”a istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - o əıavə edib.
75