AQTA 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib

Qafar Ağayev16:37 - Bu gün
AQTA 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən və uyğunsuzluq aşkarlanan 6 mindən çox bioloji aktiv qida məhsulunu məhv edib.

1news.az-ın məlumatına görə, bu barədə AQTA məlumat yayıb.

Belə ki, daxil olan müraciət əsasında Salyan şəhərində fəaliyyət göstərən apteklərdən birində keçirilən plandankənar yoxlama zamanı 01.11.2023-01.11.2026-cı il istehsal və son istifadə tarixli bioloji aktiv qida məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində məhsulun tərkibindəki “Koenzim Q10” maddəsinin miqdarının etiket məlumatları ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilərək 6 min 113 ədəd məhsul apteklərdən geri çağırılıb və məişət tullantıları poliqonunda məhv edilib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər