BSM-dən aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

BSM-dən aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı AÇIQLAMA

Qafar Ağayev15:45 - Bu gün
BSM-dən aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı AÇIQLAMA

Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb.

1news.az Bakı Sağlamlıq Mərkəzinə istinadən xəbər verir ki, 15.01.1980-ci il təvəllüdlü Heybətova Çimnaz Mütəllim qızı dəfələrlə Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb.

" 2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib. Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olunub".

Bildirilib ki, əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.

"Son günlərdə klinikamıza müraciət etməyib. Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq".

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər