Bu gün geomaqnit qasırğası gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün geomaqnit qasırğası gözlənilir

13:28 - 25 / 01 / 2025
Bu gün geomaqnit qasırğası gözlənilir

Yanvarın 21 və 22-də Günəşdə baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün axşam saatlarında G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Bu barədə 1news.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, TKA-ın birgə təsiri qasırğanın G2 (orta) səviyyəsinədək yüksəlməsinə səbəb olmaq ehtimalı var. Onların sürəti 600 km/san-təşkil edir ki, bu o qədər də yüksək deyil.

Hazırda Günəş 11 illik aktiv dövrünün maksimumumdadır. Statistikaya əsasən bir aktiv dövr üçün G1 səviyyəli geomaqnit qasırğaları 900 gün, G2 səviyyəli geomaqnit qasırğaları isə 360 günü əhatə edir.

Qeyd edilib ki, hazırda kosmik hava sakitdir.

Paylaş:
244

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər