Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib

Qafar Ağayev15:51 - Bu gün
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

1news.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər