Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedir: Mədən sazişi də müzakirə olunacaq

ABŞ-nin Ukraynaya yardımının əvəzi olaraq dəyərli mədən ehtiyatları üzərində razılıq əldə edildiyi bildirilib.
1news.az ntv.com.tr saytına istnadən xəbər verir ki, adı açıqlanmayan yüksək vəzifəli Ukrayna rəsmisinin məlumatına görə, Ukrayna və ABŞ təbii qaz və neft daxil olmaqla, dəyərli mədən ehtiyatlarına dair razılıq əldə edib. Ukrayna Nazirlər Kabinetinin parlamentə müqavilənin imzalanmasını tövsiyə etməsi gözlənilir.
Tramp və Zelenski görüşcəcək
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə günü Vaşinqtonda, Ağ Evdə olacağını açıqlayıb. Mənbələr bu səfər çərçivəsində razılaşmanın imzalanmasının planlaşdırıldığını bildirir.
Mədən gəlirləri ortaq fonda köçürüləcək
Razılaşma çərçivəsində Ukraynanın gələcəkdə mədən, neft və qaz hasilatından əldə edəcəyi gəlirin 50%-nin Ukrayna və ABŞ əsaslı ortaq fonda köçürüləcəyi bildirilir. Hazırda Ukrayna hökuməti rəsmilərinin razılaşmanın detallırı üzərində işlədiyi vurğulanır.
ABŞ Ukraynanın maraqlarını qorudu
Mənbələr bildirir ki, razılaşma layihəsində təhlükəsizlik məsələləri yer almasɑ da, ABŞ-nın rolu tam açıq şəkildə təyin olunmayıb. Bununla yanaşı, ABŞ Ukraynanın ziyanına ola biləcək bəzi maddələri razılaşma layihəsindən çıxarıb. Bunlar arasında 500 milyard dollar dəyərində maliyyə dəstəyinin təmin edilməsi şərti də olub.
Ukrayna hökuməti: Bu daha böyük planın bir hissəsidir
Danışıqlara rəhbərlik edən Ukraynanın Baş nazir müvini və Ədliyyə naziri Olha Stefanishyna bəyan edib ki, "Mədən razılaşması daha böyük planın sadəcə bir hissəsidir. Bunu ABŞ rəhbərliyindən dəfələrlə eşitmişik".
Fond yaradılmadan gəlirlər köçürülməyəcək
Mənbələr bildirir ki, ABŞ və Ukrayna arasındakı bu razılaşma sadəcə bir çərçivə razılaşmasıdır və fond rəsmi olaraq yaradılmadan gəlirlərin köçürülməsi mümkün olmayacaq.