AYNA: Paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AYNA: Paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb

Qafar Ağayev13:47 - Bu gün
AYNA: Paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb

Sərnişinlərin rahatlığı, ictimai nəqliyyata əlçatanlıqlarının artırılması məqsədilə paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb.

1news.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq müntəzəm marşrutlar üzrə xəttə çıxan nəqliyyat vasitələrinin sayı 2200-ü keçib.

Qeyd edilib ki, 2022-ci ildə Bakı şəhəri üzrə sərnişindaşımada 1720 avtobus istismar edilirdisə, bu gün bu say 2203-dür.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər