Nazir Adil Kərimli Bakı şəhərində bir qrup vətəndaşın müraciətlərini dinləyib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli martın 19-da bir qrup vətəndaşın müraciətlərini dinləyib.
1news.az xəbər verir ki, Mədəniyyət Nazirliyində keçirilən qəbulda vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, işlə təmin olunma, tarixi-mədəni irslə, yaradıcılıqla bağlı layihələrə kömək göstərilməsi, tanınmış şəxsiyyətlərin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər diqqətlə dinlənilib və araşdırılması üçün qeydiyyata alınıb. Qaldırılan bir sıra məsələlərlə bağlı konkret addımların atılması üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.









62