DYP-dən bayram günləri ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP-dən bayram günləri ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Qafar Ağayev09:40 - 19 / 03 / 2025
DYP-dən bayram günləri ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə 1news.az-a İdarədən məlumat verilib. Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər