DİN: Ötən gün 42 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 42 cinayətin üstü açılıb

Qafar Ağayev09:58 - 27 / 03 / 2025
DİN: Ötən gün 42 cinayətin üstü açılıb

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

​Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

​Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

​Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər