Qazaxıstanda 5,2 bal gücündə zəlzələ olub, operativ qərargah yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda 5,2 bal gücündə zəlzələ olub, operativ qərargah yaradılıb

Qafar Ağayev09:34 - 28 / 03 / 2025
Qazaxıstanda 5,2 bal gücündə zəlzələ olub, operativ qərargah yaradılıb

Qazaxıstanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) Almatı da daxil olmaqla respublikanın cənubunda bir sıra şəhər və kəndlərə təsir etmiş zəlzələ ilə əlaqədar seysmik vəziyyətə nəzarət üçün operativ qərargah yaradıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər