Gömrükdən gizlədilən dərmanlar aşkar edilib

Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
207