İspaniya Kralı İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İspaniya Kralı İlham Əliyevə təbrik məktubu göndərib

11:39 - 27 / 05 / 2025
İspaniya Kralı İlham Əliyevə təbrik məktubu göndərib

İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər