Nurlan İsmayılbəyli: İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nurlan İsmayılbəyli: İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Ayşən Salehli15:44 - 30 / 07 / 2025
Nurlan İsmayılbəyli: İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

“2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib ”.

1news.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bağçalarla bağlı təşkil olunan brifinqdə çıxışı zamanı deyib.

“İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb. Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsilmüəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynləri sənədlərini məktəblərə təqdim edə bilərlər”.

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər