Sumqayıtda evdən 45 min manat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda evdən 45 min manat oğurlanıb

14:19 - Bu gün
Sumqayıtda evdən 45 min manat oğurlanıb

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər