Ağdərədə yanğın törədən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərədə yanğın törədən şəxs saxlanılıb

10:05 - 09 / 08 / 2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb

Avqustun 7-də Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.

Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Paylaş:
269

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər