FHN: Ötən həftə 8 yanğına çıxıb olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən həftə 8 yanğına çıxıb olub - VİDEO

Qafar Ağayev10:13 - Bu gün
FHN: Ötən həftə 8 yanğına çıxıb olub - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 872 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 78 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər