Ölkə üzrə bağça infrastrukturu genişləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə bağça infrastrukturu genişləndirilir

Qafar Ağayev12:54 - Bu gün
Ölkə üzrə bağça infrastrukturu genişləndirilir

Bağça infrastrukturunun genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, 2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351 , eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək. Bununla yanaşı cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Bildiririk ki, qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər