Emin Ağalarov: Beynəlxalq tədbirlərin Azərbaycanda təşkil olunduğunu görmək böyük qürurvericidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Ağalarov: Beynəlxalq tədbirlərin Azərbaycanda təşkil olunduğunu görmək böyük qürurvericidir

10:22 - Bu gün
Emin Ağalarov: Beynəlxalq tədbirlərin Azərbaycanda təşkil olunduğunu görmək böyük qürurvericidir

“Azərbaycan çox diqqətəlayiq ölkədir”.

1news.az xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində "Sea Breeze"in sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov bildirib.

O qeyd edib ki, Azərbaycanda mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlər keçirilir:

“Bizim üçün ölkənin bütün sahələrdə inkişafını izləmək və dünyanın hər guşəsindən insanları bir araya gətirən möhtəşəm beynəlxalq tədbirlərin burada təşkil olunduğunu görmək böyük qürurvericidir”.

E.Ağalarov Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb:

“İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə onun baxışı, uzaqgörənliyi, liderliyi və bu tədbirin bu gün burada keçirilməsini mümkün etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Onun vizyonu regionu ən böyük turizm mərkəzlərindən birinə çevirir. Ümid edirik ki, gələcəkdə sizə daha çox imkanlar təqdim edəcəyik”.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər