Bakıda daha bir yerüstü metro stansiyası tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir yerüstü metro stansiyası tikiləcək

12:46 - 25 / 09 / 2025
Bakıda daha bir yerüstü metro stansiyası tikiləcək

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, yerüstü stansiya metronun "yaşıl xətt"inə aid olacaq:

“Stansiya "xüsusi qrafiklə işləyəcək.Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər