Azərbaycan taekvondoçuları MDB Oyunlarının finalında | 1news.az | Xəbərlər
İdman

Azərbaycan taekvondoçuları MDB Oyunlarının finalında

16:29 - Bu gün
Azərbaycan taekvondoçuları MDB Oyunlarının finalında

Bu gün Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində taekvondo üzrə yarışlara start verilib.

1news.az xəbər verir ki, ilk gündə 7 çəki dərəcəsində mübarizə aparılıb: kişilərdə – 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə – 46 kq, 53 kq və 62 kq.

Azərbaycan təmsilçiləri beş çəki dərəcəsində finala yüksəliblər: kişilərdə – Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə – Xumay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq).

Eyni zamanda, altı taekvondoçumuz bürünc medal qazanıb. Kişilər arasında – Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlar arasında isə – Səlimə Quliyeva (46 kq), Nilüfər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) üçüncü yeri tutublar.

Faiqə Məmmədova

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər