Bakının bu ərazisində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazisində qaz olmayacaq

08:59 - 01 / 10 / 2025
Bakının bu ərazisində qaz olmayacaq

Bu gün paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində qaz olmayacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən “Gülüstan” qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, 01.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Məlumata görə, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
169

Son xəbərlər

Bütün xəbərlər