AMB rəsmisi: Kibercinayətkarlıqla bağlı statistika paylaşılacaq

“Müştərilərin hüquqlarının qorunmasına dair yeni qaydalar hazırlanır”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyinə həsr olunan mətbuat konfransında bildirib.
O qeyd edib ki, müştəri hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik məsələləri üzrə banklar üçün artıq bir sıra ciddi tələblər müəyyən edilib:
“Hazırda bu istiqamətdə əlavə alətlərin tətbiqi imkanlarını araşdırırıq”
Şahin Mahmudzadə həmçinin əlavə edib ki, yaxın vaxtlarda kibercinayətkarlıq halları ilə bağlı rüblük statistika ictimaiyyətə təqdim olunacaq.
112