AXA: Heyvan bazarlarının giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AXA: Heyvan bazarlarının giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb

Qafar Ağayev12:08 - Bu gün
AXA: Heyvan bazarlarının giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb

Heyvan sağlamlığının qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə bölgələrdə fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri diri heyvanların satıldığı bazarlarda mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirir.

1news.az xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov deyib.

O bildirib ki, görülən tədbirlər çərçivəsində bazarların giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb: “Baryerlər vasitəsilə heyvan və insanların hərəkəti nəzarətdə saxlanılır, bu isə xəstəliklərin yayılma riskini minimuma endirir. Dezinfeksiya üçün müxtlif tərkibli məhlullardan istifadə olunur ki, bu da virusların, o cümlədən digər xəstəlik törədicilərinin effektiv məhv edilməsini təmin edir”.

Yusif İbrahimov deyib ki, bazarlarda satılan hər bir diri heyvana baytar həkimlər tərəfindən təftiş və sağlamlıq baxışı keçirilir: “Heyvanlarda xəstəlik əlamətləri aşkar edildiyi halda, satışa çıxarılmır və müvafiq tədbirlər görülür. Bu tədbirlər sayəsində bazarlarda sağlam və təhlükəsiz heyvanların satışı təmin edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirdiyimiz bu tədbirlər sayəsində xüsusi təhlükəli xəstəliklərin bazarlarda yayılmasının qarşısı alınır, heyvan sağlamlığı qorunur, təsərrüfat sahibləri və alıcılar üçün təhlükəsiz şərait yaradılır. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi olaraq heyvan sağlamlığının müdafiəsi və xəstəliklərin qarşısının alınması istiqamətində işimizi davam etdiririk və əhalini məsuliyyətli olmağa, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edilərsə, dərhal baytar mütəxəssislərə müraciət etməyə çağırırıq”.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər