Nümayəndəlik: Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nümayəndəlik: Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib - FOTO

Qafar Ağayev12:21 - Bu gün
Nümayəndəlik: Yayda 500 mindən çox turist azad olunmuş ərazilərə səfər edib - FOTO

Son aylar Qarabağa həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.

1news.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradır:

"Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır. Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. "Yolumuz Qarabağa" və "e-Polis" portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər".

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər