Tovuzda erkən nikahın qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda erkən nikahın qarşısı alınıb

09:43 - 16 / 12 / 2025
Tovuzda erkən nikahın qarşısı alınıb

Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

1news.az "Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
661

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər