Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad edib

09:06 - Bu gün
Ceyhun Bayramov 20 Yanvar şəhidlərini yad edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

1news.az xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"20 Yanvar - Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq", - nazir qeyd edib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər