Azərbaycan gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

Qafar Ağayev11:31 - Bu gün
Azərbaycan gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Bu barədə 1news.az"a ASCO-dan məlumat verilib.

Bildirilib ki, daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun "Natavan", "Rəsul Rza", "Qaradağ", "Teymur Əhmədov" və "Maestro Niyazi" universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər