AFFA İntizam Komitəsi “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət verib | 1news.az | Xəbərlər
İdman

AFFA İntizam Komitəsi “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət verib

16:39 - Bu gün
AFFA İntizam Komitəsi “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət verib

Futzal üzrə Yüksək Liqada çıxış edən "Lənkəran" komandası texniki məğlubiyyət alıb.

1news.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən "Lənkəran"a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. "Atletiko Baku" PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər