Fransada yüksək sürətli qatarla hərbi yük maşını toqquşdu: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Fransada yüksək sürətli qatarla hərbi yük maşını toqquşdu: ölən və yaralananlar var

Oksana Orucova15:30 - Bu gün
Fransada yüksək sürətli qatarla hərbi yük maşını toqquşdu: ölən və yaralananlar var

Fransada yüksək sürətli qatarla hərbi yük maşınının toqquşması nəticəsində maşinist həyatını itirib, 13 sərnişin yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, qəza ölkənin şimalında yerləşən Pas-de-Kale vilayətində, Betün və Lans şəhərləri arasında səhər saatlarında baş verib.

Pas-de-Kale Prokurorluğunun açıqlamasında bildirilib ki, Dankerk stansiyasından Paris istiqamətinə hərəkət edən yüksək sürətli qatarla hərbi yük maşınının toqquşması nəticəsində maşinist hadisə yerində ölüb. Qatarın sərnişinlərindən 2-si ağır olmaqla ümumilikdə 13 nəfərin xəsarət aldığı qeyd olunub.

Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb, faktla bağlı araşdırmalara başlanılıb.

Fransanın nəqliyyat naziri Filipp Tabaro sosial şəbəkə platforması X üzərindən verdiyi açıqlamada hadisə yerinə gedəcəyini bildirib.

Rəsmilər qəza səbəbindən Pas-de-Kale vilayətinin daxil olduğu Hauts-de-France bölgəsində dəmir yolu nəqliyyatında fasilələrin yaranacağını açıqlayıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər