Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

12:36 - Bu gün
Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.

1news.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib.

"Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər