Narkotik testində nəticələri pozitiv çıxan türk məşhurlar məlum oldu
İstanbul Anadolu Respublika Prokurorluğu tərəfindən məşhurlara qarşı başladılan narkotik istintaqında yeni inkişaf yaşanıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl saxlanılan və narkotik testi edilən məşhurlardan bəzilərinin nəticələri pozitiv çıxıb.
Belə ki, Burak Deniz, Enes Güler və Serra Pirinçdən götürülən nümunələrdə marixuana və kokain, Utku Ünsalda marixuana, Simge Sağında isə dərman tərkibli maddə aşkar edilib.
101












