Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

12:22 - 01 / 05 / 2026
Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətinə dair qərarını vitse-spiker Ziyafət Əsəgrov oxuyub.

Qərara əsasən, Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Eyni zamanda Milli Məclisin Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.

Eyni zamanda Milli Məclisin Avropa İttifaqı Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulur.

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər