Ermənistanda ev dustaqlığında olan 434 nəfər səs vermək istəyini bildirib. | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda ev dustaqlığında olan 434 nəfər səs vermək istəyini bildirib.

First News Media18:17 - Bu gün
Ermənistanda ev dustaqlığında olan 434 nəfər səs vermək istəyini bildirib.
Ermənistanda ev dustaqlığında olan şəxslərin bir hissəsi parlament seçkilərində iştirak etmək istədiyini bildirib. 1news.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə ev dustaqlığında olan 922 nəfərdən 869-u səsvermə hüququna malikdir. Saat 12:30-a olan məlumata görə, onlardan 434 nəfər seçkilərdə iştirak etmək istədiyini bildirib, artıq 205 nəfər isə səs verib. Qeyd olunub ki, səsvermə hüququnun təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti ev dustaqlığında olan şəxslərin müşayiət olunmasını təşkil edir. Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə – 16 partiya və 2 blok iştirak edir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə təxminən 2,5 milyon vətəndaş səsvermə hüququna malikdir.
Paylaş:
62

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39
Bütün xəbərlər