Avropa ölkələri İranın nüvə şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaların ləğvinə hazırdır
Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İranla ABŞ arasında əldə edilən razılaşmanı alqışlayıblar.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyinin istinad etdiyi dörd ölkə liderinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, "Dördlük qrupu" ölkələri Tehranın nüvə proqramı ilə bağlı aydın və təsdiqlənə bilən öhdəliklərini yerinə yetirməsi şərtilə ona qarşı sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdırlar.
Liderlər həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Enerjik (AEBA) ilə əməkdaşlıq etməyə söz veriblər.
62












