Ukraynaya məxsus bombardmançı təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu | 1news.az | Xəbərlər
Dünya

Ukraynaya məxsus bombardmançı təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu

Oksana Orucova10:04 - Bu gün
Ukraynaya məxsus bombardmançı təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu

Ukrayna ordusuna məxsus Su-24M tipli bombardmançı təyyarə tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb. 

1news.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sosial şəbəkə hesabında yaydığı məlumata görə, qəza yerli vaxtla saat 20:00 radələrində ölkənin Xmelnitski vilayətində baş verib.

Açıqlamada bildirilib ki, təyyarə döyüş tapşırığını icra etdiyi zaman naməlum səbəbdən qəzaya uğrayıb. Hazırda hadisə yerində axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir.

Rəsmi məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki pilot həyatını itirib. İlkin araşdırmalar zamanı mülki şəxslər arasında ölən və ya yaralananların olmadığı qeyd edilib.

Hadisənin başvermə səbəbləri və qəzanın bütün təfərrüatları üzrə araşdırma aparılır.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər