Mikayıl Cabbarov: Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığına yüksək dəyər verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığına yüksək dəyər verir

Qafar Ağayev10:44 - Bu gün
Mikayıl Cabbarov: Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığına yüksək dəyər verir

“Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığına yüksək dəyər verir”.

1news.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş IsDB Qrupunun Özəl Sektor Forumunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, əməkdaşlıq qarşılıqlı etimada, ümumi prioritetlərə və praktiki nəticələrə əsaslanır.

“Əməkdaşlığımız özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, infrastruktur, KOB-lara dəstək, yaşıl keçid və rəqəmsal transformasiya kimi istiqamətləri əhatə edir”.

Nazir deyib ki, bu sahələr Azərbaycanın milli iqtisadi strategiyasının əsasını təşkil edir.

“İqtisadiyyatın şaxələndirilməsi əsas strateji hədəf olaraq qalır və qeyri-neft sektorunda geniş imkanlar mövcuddur”.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər