Şahbaz Şərif: ABŞ və İran arasında “İslamabad Razılaşması” imzalanıb
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında əldə olunan “İslamabad Razılaşması”nın elektron formada imzalandığını açıqlayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, sənəd ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən təsdiqlənib.
Şərif bildirib ki, razılaşma dərhal qüvvəyə minəcək. İlk mərhələdə İran Hörmüz boğazı üzərində hərəkəti bərpa edəcək, ABŞ isə dəniz blokadasını dayandıracaq.
Pakistanın baş naziri həmçinin danışıqlar prosesinə töhfə verən Qatar, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir rəhbərliklərinə təşəkkür edib. O, razılaşmanın regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
81












