“Möhtəşəm, etibarlı, dövlət üçün faydalı”: “AZAL” kapitanı yeni “Airbus A321neo” haqqında danışdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Möhtəşəm, etibarlı, dövlət üçün faydalı”: “AZAL” kapitanı yeni “Airbus A321neo” haqqında danışdı - FOTO

First News Media15:36 - Bu gün
“Möhtəşəm, etibarlı, dövlət üçün faydalı”: “AZAL” kapitanı yeni “Airbus A321neo” haqqında danışdı - FOTO

“Bu təyyarəni təxminən dörd il gözləmişik.

Buna görə də onu təhvil almaq hissi yalnız müsbətdir. Bu, etibarlılıq, gələcəyə inam və aviaşirkətin qarşıdakı illər üçün müəyyən etdiyi hədəflərə çatacağımıza dair əminlik hissidir”.

Bunu Hamburqda laynerin təhvil mərasimi zamanı 1news.az-a açıqlamasında Azerbaijan Airlines (AZAL) aviaşirkətinin uçuş təhlükəsizliyi üzrə direktoru və hava gəmisinin kapitanı Rinat Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni təyyarə aviaşirkətin gələcək inkişafında mühüm rol oynayacaq:

“Təyyarə möhtəşəmdir, etibarlıdır. Düşünürük ki, dövlətə böyük fayda verəcək”.

Hüseynov vurğulayıb ki, Airbus A321neo AZAL parkındakı ən müasir hava gəmilərindən biridir:

“Son dövrlərdə əldə etdiyimiz bütün təyyarələr müasirdir. Airbus A321neo-nun əsas fərqləndirici xüsusiyyəti onun sərnişin tutumunun daha böyük olmasıdır”.

Laynerin kapitanı yeni təyyarənin sınaq uçuşları barədə də danışıb:

“Biz sistemi yoxladıq, sınaq uçuşları həyata keçirdik, təyyarənin effektivliyini, funksionallığını və regionumuzun şəraitində istismara yararlılığını qiymətləndirdik. Sınaqların nəticəsinə əsasən əminliklə demək olar ki, hava gəmisi aviaşirkətimizin tələbatlarına tam cavab verir”, - deyə Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni Airbus A321neo müxtəlif istiqamətlər üzrə reyslər həyata keçirə biləcək:

“Bu təyyarədən istənilən istiqamətdə istifadə etmək mümkündür. İmkanlarına görə o, orta məsafəli təyyarələrin sərhədində dayanır və faktiki olaraq bu çərçivəni də aşır”.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər