Azərbaycan nefti 75 dollara ticarət olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 75 dollara ticarət olunur

First News Media09:49 - Bu gün
Azərbaycan nefti 75 dollara ticarət olunur

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,26 dollar və ya 0,34% ucuzlaşaraq 75,34 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər