Venesuelada zəlzələlərdə həlak olanların sayı 2 595 nəfərə çatıb
Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində həlak olanların sayı 2 595 nəfərə, yaralananların sayı isə 12 400 nəfərə yüksəlib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, müvəqqəti dövlət başçısı Delsi Rodriqes bildirib ki, indiyədək 6 462 nəfər dağıntılar altından sağ çıxarılıb.
Hazırda 33 ölkədən gəlmiş axtarış-xilasetmə qrupları fəlakət bölgəsində fəaliyyət göstərir.
Rodriqes hökumətin hadisəyə gec müdaxilə etdiyi barədə iddiaları təkzib edərək, dövlət qurumlarının zəlzələnin ilk saatlarından etibarən tam səfərbər olunduğunu vurğulayıb.
Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 12 841 nəfər evsiz qalıb. Hökumət ilin sonunadək zərərçəkənlər üçün yeni evlərin inşa ediləcəyini açıqlayıb.












