Kristiano Ronaldonun bacısından milli komanda ilə bağlı vida açıqlaması
Portuqaliyalı futbol ulduzu Kristiano Ronaldonun bacısı Katiya Aveyro qardaşının dünya çempionatından sonra milli komanda ilə vidalaşa biləcəyini bildirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırkı dünya çempionatı Ronaldonun milli komandadakı "son rəqsi" ola bilər.
Katiya Aveyro həmçinin dünya çempionatı zamanı Ronaldoya yönələn tənqidlərə münasibət bildirərək, qardaşının 20 ildən artıq müddətdə dünya futbolunda üstünlüyünü qoruduğunu vurğulayıb.
O, səsləndirilən tənqidlərin ailələrinə və xoşbəxtliklərinə təsir etməyəcəyini deyib.
86












