Çində güclü yağışlar selə səbəb oldu: 5 ölü | 1news.az | Xəbərlər
Dünya

Çində güclü yağışlar selə səbəb oldu: 5 ölü

First News Media11:19 - 06 / 07 / 2026
Çində güclü yağışlar selə səbəb oldu: 5 ölü

Çinin şimal bölgələrində güclü yağışlar nəticəsində baş verən daşqınlarda 5 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Çin mediasının məlumatına görə, Daxili Monqolustan Muxtar Bölgəsinə bağlı Tonqliao şəhərində otlaqda mal-qara otaran 2 çoban sel sularına düşərək ölüb.

Liaoninq əyalətinin Fushun şəhərində isə güclü yağışlar nəticəsində baş verən daşqınlarda 3 nəfərin həyatını itirdiyi bildirilib.

Rəsmilər selin təsir etdiyi ərazilərdən 3 596 nəfərin təxliyə edildiyini açıqlayıb.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər